Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp deyib ki, Avropa İttifaqı (Aİ) İsrailin Brüssellə assosiasiya sazişinin şərtlərinə uyğunluğunu araşdıracaq. 1xeber.media xəbər verir ki, bu barədə mayın 20-də NU portalı məlumat yayıb.
Qeyd olunur ki, Hollandiya xarici işlər naziri Aİ rəhbərliyini İsrail tərəfinin sazişi pozub-pozmadığını araşdırmağa çağırıb və assosiasiyaya üzv olan 17 ölkə bu təşəbbüsü dəstəkləyib, 9-u əleyhinə çıxış edib.
Nəşr Veldkampdan sitat gətirir: "Aİ həqiqətən də Qəzzada humanitar vəziyyətdən çox narahatdır. Bundan əlavə, Aİ-nin İsrailə mesajı ondan ibarətdir ki, o, hərbi əməliyyatları dərhal dayandırmalı və humanitar blokadanı tamamilə aradan qaldırmalıdır".