ABŞ prezidenti Donald Tramp hesab edir ki, Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Moskva ilə dialoqun dayandırılmasına gətirib çıxaracaq.
1xeber.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio yeni məhdudiyyətlərin bu nəticəsini adlandırıb.
O, Senatda keçirilən dinləmələrdə Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin dəstəklənməsinə dair suala cavab olaraq deyib: "Əgər siz indi sanksiyalarla hədələməyə başlasanız, ruslar danışmağı dayandıracaqlar. "Və bizim onlarla danışa bilmək və onları danışıqlar masası arxasına itələmək faydalıdır".
Bundan əvvəl Rubio bildirib ki, ABŞ Ukrayna münaqişəsinin nizamlanması kontekstində Rusiyaya heç bir güzəşt etməyib. "Heç bir sanksiya ləğv edilməyib. Əvvəlki administrasiya dövründə mövcud olan bütün məhdudiyyətlər qüvvədə qalır" dedi.