Amerika lideri Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ABŞ-ın yeni dostu və müttəfiqi adlandırıb.
1xeber.media xəbər verir ki, bu barədə “Newsweek” jurnalına Türkiyə prezidentinin baş müşaviri Çağrı Erhan məlumat verib.
"Cənab Tramp onu dost adlandırır. O istəyir ki, Tramp administrasiyası dövründə ABŞ ilə əməkdaşlıq etmək üçün həm regional, həm də qlobal miqyasda əsas oyunçuya çevrilsin", - Türkiyə rəsmisi nəşrə şərhində əlavə edib.