ABŞ Ağ Ev rəhbəri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə daha sıx əlaqələr qurmaq istəyir.
1xeber.media xəbər verir ki, bu barədə mayın 22-də Amerika rəsmilərinə istinadən “Atlantic” jurnalı məlumat yayıb.
Jurnalın yazdığına görə, Amerika lideri hələ də Putinlə daha sıx əlaqələr qurmaq istəyir və Ağ Ev yəqin ki, tezliklə görüşün (Rusiya və ABŞ prezidentləri arasında. – Red.) mümkünlüyünü nəzərdən keçirəcək.
Məlumata görə, Ağ Evə qayıdandan sonra Tramp müşavirlərinə Rusiya lideri ilə görüş təyin etməyi tapşırıb.