Fransa və Çin Ukraynada dərhal atəşkəs əldə etməyə çağırır.
1xeber.media xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron mayın 22-də Çin prezidenti Si Tsinpinlə telefon danışığından sonra bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinə cavab olaraq Paris və Pekin davamlı və sabit sülhə nail olmaq məqsədini güdürlər.
"İlk addım dərhal və qeyd-şərtsiz atəşkəsdir", - Fransa prezidenti X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.