Moskvada metronun “Novıe Çeryomuşki” stansiyasından “Kalujsko-Rijskaya” xəttinin “Oktyabrskaya” stansiyasına qədər olan hissəsi müvəqqəti bağlanacaq.
1xeber.media xəbər verir ki, bu barədə paytaxtın Nəqliyyat Departamentinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Məhdudiyyət mayın 31-dən iyunun 1-dək və iyunun 7-dən iyunun 8-dək qüvvədə olacaq. Qapalı hissədə qatarların hərəkətinin dayandırıldığı dövrdə pulsuz avtobuslar xəttə buraxılacaq. Stansiyaların müvəqqəti bağlanması qərarı Troitskaya xəttində gələcək Akademiçeskaya stansiyasına keçidin tikintisi ilə bağlıdır.
Bundan əvvəl Moskvanın “Arbatskaya” metrostansiyasının foyesi nəhəng torta çevrilmişdi. Qeyri-adi dekorasiyanın görünüşü Moskva Metropoliteninin 90 illik yubileyinə təsadüf edib.