Almaniyanın Hamburq vağzalında bıçaqlı hücum nəticəsində ən azı 8 nəfər yaralanıb.
1xeber.media xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
"Cümə günü axşam Hamburq Mərkəzi Stansiyasında bıçaqlı hücum olub. Bild-in məlumatına görə, bəziləri ağır olmaqla 8 nəfər yaralanıb", - məlumatda deyilir.
Qeyd olunur ki, terror aktından sonra Hamburq polisi “böyük polis əməliyyatı” keçirib və cinayəti törətməkdə şübhəli bilinən bir qadını həbs edib.