Müxalifətdə olan Hüquq və Ədalət (PiS) partiyasından Polşa prezidentliyinə namizəd Karol Navrocki tələbə vaxtı işlədiyi Sopotdakı Grand Hoteldə qadın alveri ilə məşğul olub.
1xeber.media xəbər verir ki, bu barədə mayın 26-da Onet portalı məlumat yayıb.
“Karol Navrocki Sopotda mühafizəçi işlədiyi vaxtlarda “Grand Hotel”in qonaqları üçün qadın alverinin cəlb edilməsi prosedurunda iştirak edib”, - nəşrin iki mənbəyə istinadən yaydığı məlumatda deyilir.
Onların sözlərinə görə, gələcək prezidentliyə namizəd onlara əlavə gəlir təklif edib.
Bundan əlavə, agentliyin həmsöhbətlərindən biri Navrotskini müştərilərin otaqlarının girişindən qadınları müşayiət etdiyini gördüyünü söylədi.