1xeber.media xəbər verir ki, İstanbulda keçirilən danışıqlarda Ukraynadakı münaqişənin həllinə dair saziş layihələrinin mübadiləsində ABŞ və ya digər ölkələrin vasitəçiliyi müzakirə olunmayıb; belə bir razılaşma yox idi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib, onun şərhi idarənin Telegram kanalında dərc olunub.
"Ukrayna tərəfinin nəyi və kimə təhvil verdiyini bilmirik. Biz razılaşdıq ki, hər bir tərəf - Rusiya və Ukrayna nizamlanma və atəşkəslə bağlı öz vizyonunu hazırlayacaq, bundan sonra onlar müvafiq sənədləri birbaşa mübadilə edəcəklər və onları növbəti [danışıqların] raundunda müzakirə edəcəklər".
Zaxarova vurğulayıb ki, Rusiya nümayəndə heyəti yalnız İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqları zamanı tərəflərin əldə etdiyi razılaşmalardan çıxış edir.
Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloqun Vaşinqtonun Kiyevdən münaqişənin həlli üçün “şərtlər siyahısı” aldığını və hazırda Moskvadan da analoji addım gözlədiyini söyləyən bəyanatını belə şərh edib. Eyni zamanda o xatırladıb ki, Amerika lideri Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında söhbətdən sonra Moskva Ukraynadakı münaqişənin nizamlanmasına dair memorandum hazırlamağa başlayıb.