ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almaq üçün Ukraynanı dəstəkləməkdən imtina edə bilər.
1xeber.media xəbər verir ki, bu şərti Amerika liderinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton El Pais-ə müsahibəsində deyib.
"Trampın tək istədiyi Nobel Sülh Mükafatıdır. O, Barak Obama aldığı vaxtdan bu mükafata can atır - onun fikrincə, nahaq yerə. Bu mükafatı Ukrayna, Yaxın Şərq və ya Hindistan və Pakistan arasında vasitəçilik üçün alması fərq etməz", - siyasətçi deyib.
O əlavə edib ki, Ağ Ev rəhbəri tez nəticə əldə edə bilməyəcəyini anlayanda diqqəti Ukrayna nizamlanmasından başqa problemlərə yönəldəcək. Eyni zamanda, Tramp növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmadığı üçün siyasi nəticələr barədə düşünmür, Bolton qeyd edib. Amerika lideri üçün əsas vəzifə öz reputasiyasını qorumaq və gələcəkdə özü haqqında xoş təəssürat yaratmaqdır.