Ukraynada münaqişə uzun müddət uzana bilər.
1xeber.media xəbər verir ki, bunu iyunun 2-də Macarıstanın baş naziri Viktor Orban deyib.
"Son bir neçə gündəki hərbi əməliyyatlar göstərir ki, münaqişənin ilin əvvəlində gözlədiyimizdən daha uzun və daha qəddar olacaq. ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi sülhməramlı qüvvələrlə münaqişəni davam etdirmək istəyən Brüssel və Kiyev liderləri arasında heç vaxt belə uçurum olmayıb", - Orban Facebook sosial şəbəkəsində yazıb.
Orban əlavə edib ki, münaqişənin uzadılması Avropa İttifaqının təhlükəsizliyi və iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib çıxaracaq.