"Özsüt Azerbaijan” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb.
1xeber.media xəbər verir ki şirkətin hazırda 3 169 490,6 manat vergi borcu var.
Qeyd edək ki, "Özsüt Azerbaijan” 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Vəliyev Rəhman Qadir oğludur. "Özsüt Azerbaijan” MMC iaşə sahəsində fəaliyyət göstərir. Şirkətin Bakı və regionlarda eyni adlı restoranlar şəbəkəsi var./ Valyuta.az