80 manat olan veteran pulu haqda YENİ XƏBƏR VAR
Azərbaycanda əhalini sevindirəcək böyük sosial islahat paketi həyata keçiriləcək. Bu paketə bir sıra müavinətlərin artırılması da daxildir.
1xeber.media xəbər verir ki,bu barədə Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasındə danışılıb.
İclasda çıxış edən deputat Əli Məsimli bildirib ki, müharibə veteranlarına verilən 80 manat müavinət artırılmalıdır: "Bu xeyli dərəcədə böyük gözlənti yaradıb. Hesab edirəm ki, bu istiqamətdə addımın atılması böyük məmnunluq yaradacaq".