Çin İndoneziyaya Pakistanın Hindistanla münaqişədə istifadə edə bildiyi J-10 qırıcılarını satışa çıxarıb.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Öz növbəsində İndoneziya müdafiə nazirinin müavini Donni Ermavan Taufanto bildirib ki, Cakarta Çin təyyarələrinin bütün əməliyyat tələblərinə cavab verib-verməməsi məsələsini öyrənir. Onun sözlərinə görə, İndoneziya tərəfi hələ ki, döyüş maşınlarının qiymətləndirilməsi üçün texniki mütəxəssislər göndərməyib.
Bundan əvvəl internetdə Rusiyanın Su-35 təyyarəsinin avadanlıqları ilə təchiz edilmiş Pakistanın Çin istehsalı olan J-10 qırıcısının fotoları yayılıb.