Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla Yeddilik Qrupu (G7) sammiti çərçivəsində görüşməyi planlaşdırır.
1xeber.media məlumatına görə, bu barədə Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak deyib.
Bildirilib ki, A.Yermakın ABŞ-yə səfəri zamanı Ukrayna nümayəndə heyəti mümkün görüşü üzərində işləyib.
"Bizim [Vaşinqtona] səfərimiz, xüsusən, Kanadada keçirilən G7 sammiti çərçivəsində Zelenski ilə Tramp arasında görüşə hazırlıq idi", - deyə o bildirib.
Qeyd edək ki, G7 sammiti 2025-ci il iyunun 15-17-də Alberta ştatının Kananaskis dairəsində keçiriləcək.