NATO ölkələri Ukraynanı qarşıdan gələn alyans sammiti ilə bağlı bəyanatdan çıxarıb.
1xeber.media xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
İddia olunur ki, “əvvəlki sammitlərdə nəzərə çarpan” Kiyevin NATO-ya qoşulması perspektivindən əlavə, Ukraynaya 40 milyard dollar ayrılacağına dair vəddən heç bir bəhs edilmir. Həmçinin sənəddə Kiyevə uzunmüddətli təhlükəsizlik yardımı göstərmək öhdəliyi barədə xatırlatma yoxdur. NATO ölkələri də bəyanatda Rusiyanı “təcavüzkar” adlandırmayacaq və Çini Rusiya Federasiyasına yardım etdiyinə görə qınamayacaq.
"Bir səhifəlik sammit bəyannaməsi müstəsna olaraq müdafiə xərclərinə həsr olunub. NATO ölkələri 2032-ci ilə qədər ÜDM-in ən azı 3,5 faizini əsas müdafiə ehtiyaclarına, digər 1,5 faizini isə infrastrukturun qorunmasına ayırmağı öhdəsinə götürəcək və ABŞ-ın israr etdiyi 5 faizlik həddə çatacaq", - məqalədə deyilir.