Bakı-Qazax yolunda, Türyançay yaxınlığında qəza baş verib.
1xeber.media xəbər verir ki qəza zamanı qoşqulu traktor aşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza bu gün saat 08:05 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən 257-ci kilometrliyində baş verib.
Belə ki, üzü Qazax istiqamətində hərəkətdə olan Elnur Yusufzadənin idarə etdiyi dövlət qeydiyyat nişanlı “TIR” markalı yük avtomobili qarşıda gedən Şamil Mahmudovun idarə etdiyi və qoşqusu olan traktorla toqquşub.
Hadisə nəticəsində Şamil Mahmudov xəsarət alıb.