1xeber.media xəbər verir ki, Hindistanda Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalan tapılıb.
Bildirilib ki, polis komissarı Air India təyyarəsindəki 242 sərnişindən birinin sağ qalanı barədə açıqlama verib. O, həmçinin əlavə edib ki, dağıntılar arasında təyyarə qəzasından sağ çıxa bilmiş digər insanlar da ola bilər.
Polis əməkdaşı sağ qalanın 11A nömrəli oturacaqda oturduğunu qeyd edib. O, hazırda xəstəxanadadır, lakin vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmır.
“Air India” aviaşirkətinə məxsus təyyarə iyunun 12-də Hindistanın Əhmədabad şəhərinin yaşayış massivində qəzaya uğrayıb. Təyyarə Londona uçmalı idi, lakin havaya qalxdıqdan dərhal sonra pilotlar qəza siqnalı göndərdilər, daha sonra təyyarə həkimlər üçün yataqxanaya çırpıldı. Daha əvvəl xilasedicilər bildirmişdilər ki, təyyarə qəzasında sağ qalanların tapılması şansları zəifdir.