Azərbaycan əraziləri işğal dövründə ekoloji terrora məruz qalıb.Təbiət abidələri və meşə sahələrinin bir hissəsi ermənilər tərəfindən məhv edilib.
1xeber.media xəbər verir ki Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında çıxış edən Ekologiya və təbii sərvətlər nazirliyinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, işğaldan sonra aparılan monitorinqlər zamanı müəyyən olunub ki, işğal zamanı 260 min hektar meşə sahəsi məhv edilib.
İşğaldan sonra 54 min hektar ərazidə bərpa işləri aparılıb və 2024- ci ildə 300 hektar ərazi bərpa edilib. Hazırda 200 hektar ərazidə bərpa işləri gedir.