İranın Təbriz şəhərində hava limanında partlayış baş verib.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 13-də Mehr agentliyi məlumat yayıb.
Nəşr qeyd edir ki, cümə günü günorta saatlarında Təbriz hava limanı yaxınlığında güclü partlayış baş verib.
Görüntülərdə hava limanı yaxınlığındakı ərazidən yuxarı qalxan tüstü sütunu görünür.