İran İsrailə qarşı cavab əməliyyatı “Sərt cəza əməliyyatı”na başlayıb.
1xeber.media IRNA - ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
İranın İsrailə 200-ə yaxın ballistik raket atdığı iddia edilir. İsrail mətbuatının məlumatına görə, İsrail Müdafiə Qüvvələri (IDF) İranın ilk 100 raketindən 50-nin qarşısını ala bilib.
İlkin məlumata görə, “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi İranın hücumunu tam saxlaya bilməyib. Zərbələr İsrailin mərkəzində ən azı yeddi ərazidə qeydə alınıb.
Bundan əvvəl İDF sözçüsü Efi Defrin İranın hücumuna görə brifinqi yarımçıq kəsmək məcburiyyətində qalıb. O, brifinq zamanı bildirib ki, İsrail özünü müdafiə edə bilər.