Yəmən husiləri İsrailə hipersəs ballistik raketlər atdıqlarını elan ediblər.
Bu barədə “Al Masirah” məlumat yayıb.
“Zərbələr İran hərbçiləri ilə koordinasiyalı şəkildə ballistik raketlərdən istifadə edilərək həyata keçirilib. Hədəflər Təl-Əvivdəki həssas obyektlər olub”, – deyə bildirilib.
Buna baxmayaraq, hərbi rəsmilər “Times of Israel” qəzetinə bildiriblər ki, İsrail ordusu son 24 saat ərzində Yəməndən hər hansı ballistik raket buraxılışından xəbərsizdir.