2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq biznesi ölkəyə investisiya qoymağa dəvət edib.
1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 18-də SPİEF-2025-in kuluarlarında rusiyalı biznesmen Samvel Karapetyanın Ermənistanda təqib olunmasını şərh edərkən deyib.
Eyni zamanda, o xatırladıb ki, Paşinyan indi Karapetyana məxsus Ermənistanın Elektrik Şəbəkələri şirkətinin milliləşdirilməsinin tərəfdarıdır.
“Biz,” Paşinyan deyib, “beynəlxalq biznesi Ermənistana sərmayə qoymağa, Ermənistanı zənginləşdirməyə dəvət edirik”, - Zaxarova RİA Novosti-yə müsahibəsində qeyd edib.