Samuxda əkin sahəsindən 55 yaşlı kişi meyiti tapılıb.
1xeber.media məlumatıma görə, hadisə rayonun ərazisində baş verib. Belə ki, rayon sakini 1970-cü il təvəllüdlü Z.Məmmədovun əkin sahəsində meyiti aşkarlanıb.
Məlumata görə 55 yaşlı kişi ürək tutmasından ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.