May ayında Avropada yeni avtomobillərin qeydiyyatı 1,19 faiz artaraq 1,11 milyon ədədə çatıb ki, bu da müvafiq olaraq 27 və 46 faiz artan elektrik və hibrid avtomobillərə yüksək tələbat hesabına baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına istinadən məlumat yayıb.
Bununla yanaşı, əvvəllər bazarda birinci yeri tutan Amerika avtomobil istehsalçısı Tesla da satışlarda çöküşlə üzləşməkdə davam edir. Ötən ay onlar 28 faiz azalıb.
Avropalı Volkswagen (3,4 faiz), Renault (4,6 faiz), BMW (5,6 faiz) və Mercedes-Benz (1,9 faiz) satış artımı göstərib. Çin BYD də Avropa bazarına tədarüklərini artırmağa davam etdi.
Bundan əvvəl Fransanın Plateforme Automobile sənaye assosiasiyası bildirmişdi ki, may ayında ölkədə Tesla satışları illik müqayisədə 67 faiz azalaraq 721 elektrikli avtomobil təşkil edib.
Milyarder İlon Maskın şirkəti ABŞ prezidenti Donald Trampa fəal dəstəyi və Avropa siyasəti ilə bağlı bir sıra mübahisəli açıqlamaları səbəbindən Avropa bazarını itirməyə başlayıb. Seçki kampaniyası zamanı sahibkar Amerika liderinin əsas dəstəkçilərindən biri olsa da, son bir ayda açıq münaqişəyə giriblər.