ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansının liderləri ilə qapalı görüşü zamanı Ukraynada vəziyyətin nəzarətdən çıxması və buna görə də aktiv tədbirlər görülməli olduğu fikrini bildirib.
1xeber.media xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Agentliyə adının açıqlanmasını istəməyən mənbə deyib: “Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə dair açıq-aşkar həvəs olmamasına baxmayaraq, Tramp alyans liderləri ilə qapalı görüşdə deyib ki, Ukrayna ilə nəsə etmək lazımdır, çünki vəziyyət “tamamilə nəzarətdən çıxıb”.
O, Ağ Ev rəhbərinin “aktiv tədbirlər” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb, lakin Amerika liderinin sözlərini “ABŞ-ın Ukraynadakı münaqişənin həllində daha fəal iştirak etməyə hazır olmasının müsbət əlaməti” kimi qiymətləndirib.
Bundan əvvəl Tramp Zelenskinin “özünü tapmamalı olduğu” son dərəcə çətin vəziyyətdə olduğunu bildirib. O, həmçinin ukraynalı siyasətçini yaxşı oğlan adlandırıb və NATO-nun Haaqa sammiti çərçivəsində onunla görüş keçirəcəyini təsdiqləyib.