Sputnik Azərbaycanın Bakı ofisində əməliyyat keçirilir.
1xeber.media xəbər verir ki, əməliyyatı polis keçirir.
Məlumatı DİN saytımıza təsdiqləyib.
***
Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.
APA-nın əldə etdiyi məlumata görə, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.
***
"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər binadan çıxarılır.
Məlumata görə, onlar hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılır.