Almaniya səfirliyi Sovet İttifaqının təhrif olunmuş bayrağı ilə Avropa xəritəsini dərc etdiyinə görə üzr istəməlidir.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında məlumat verib.
“Bu gün günorta saatlarında Almaniyanın Moskvadakı səfirliyi özünün rəsmi Telegram kanalında Avropanın müharibədən sonrakı sərhədləri haqqında (anti) tarixi yazı dərc edib, burada SSRİ-nin dövlət bayrağının əvəzinə Üçüncü Reyx bayrağının hibridindən və qadağan olunmuş ekstremist NBP təşkilatının simvolundan istifadə edilib”, - Zaxarova yazıb.
Onun sözlərinə görə, nəşr artıq silinib, lakin Rusiya tərəfi bu cür hərəkətlərin səbəblərini araşdırmaq niyyətindədir.