Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov barəsində olan hökmdən kassasiya şikayəti verib.
1xeber.media xəbər verir ki, iş Ali Məhkəmədə hakim Tahir Kazımovun icraatına verilib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elsun Əhmədov 5 il müddətə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.