Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında Kuala-Lumpurda keçirilən görüş başa çatıb.
1xeber.media xəbər verir ki, bu barədə cümə axşamı, iyulun 10-da "İzvestiya"nın müxbiri məlumat verib.
Görüşün 50 dəqiqə davam etdiyi bildirilir.
Danışıqlar Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) təşkil etdiyi tədbirlər çərçivəsində aparılıb.