ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş hələ təyin edilməyib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, Vaşinqton Moskva ilə təmasları davam etdirməyə hazırlaşır. Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, ABŞ və Rusiya “vacib ölkələr” olduqları üçün münasibətləri davam etdirməlidirlər. "Biz qarşılıqlı əlaqəni və dialoqu davam etdirəcəyik" dedi.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Vladimir Putinlə Donald Tramp arasında görüş zəruridir, lakin buna yaxşı hazırlaşmaq lazımdır.