Kəlbəcərdə yenidənqurma işləri necə gedir?
4 il əvvəl düşmən ordusu 27 ildir işğal altında saxladığı Kəlbəcərdən öz xoşu ilə çıxıb.
1xeber.media xəbər verir ki, bu, Azərbaycanın Ermənistan üzərində növbəti hərbi və siyasi qalibiyyəti idi. Əgər Kəlbəcər döyüş yolu ilə geri qaytarılsaydı, o zaman xeyli sayda itki verə bilərdik. Lakin döyüş meydanında düzgün taktiki gedişlərlə yanaşı, siyasi arenada da vaxtında və dəqiq atılan addımlar Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edib.
Azad Kəlbəcərdə ilk olaraq kənd təsərrüfatı dirçəlməyə başlayıb. Arıçılıq, heyvandarlıq kimi sahələrin inkişafına hərtərəfli şərait yaradılıb. Artıq 3 ildir ki, market və bazarlarda Kəlbəcər məhsulları satılır. Yenidənqurma işləri isə tam sürətlə davam edir.
Tezliklə kəlbəcərlilər öz doğma ata-baba yurdlarına qayıdıb əvvəlki şən və firavan həyatlarına elə qaldıqları yerdən davam edəcəklər. O gün isə uzaqda deyil. Kəlbəcərdə görülən işlərin əhəmiyyətindən danışan politoloq Şəbnəm Həsənova bildirib ki, hər bir kəndin qurulması məhz o kəndin nümayəndələrinin məsləhəti ilə olub:
"Şəhərlərin böyük planları cızılarkən, onlar icra edilərkən yerli sakinlərin bu istiqamətdə fikirləri ön plana çəkildi. Düşünürəm ki, bu, Prezident İlham Əliyevin vaxtilə məcburi köçkün və qaçqın adlanan kəslərə verilən töhfəsi idi. Onların fikirlərinə, yaşadıqları hisslərə verilən bir dəyər idi", - deyə o bildirib.