Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun baş katibi Mark Rutteni İstanbuldakı Rusiya nümayəndə heyətinin rəhbəri, tarixçi Vladimir Medinskinin Neva döyüşü ilə bağlı mühazirəsini dinləməyə çağırıb.
1xeber.media xəbər verir ki, O, bəyanatını Telegram kanalında yayıb.
Diplomat alyansın baş katibinin Rusiya tərəfinin “1250-ci ildən Rusiyanın tarixini izah etməyə başlayan” Ukrayna nümayəndələri ilə danışıqlara “hansısa tarixçi” Medinskini göndərməsi barədə sözlərinə belə cavab verib. Zaxarova xatırladıb ki, 1240-cı ildə Novqorod knyazı Aleksandr Nevskinin ordusu isveçli işğalçıları məğlub edəndə Rusiya tarixində həlledici Neva döyüşü baş verib.
"Mark Rutte, əlbəttə ki, təkcə 13-cü əsrin ortalarını xatırlamırdı. Amma görünür, o, mövzuya tam baş vurmayıb, onun necə bitdiyini qaçırıb. Vladimir Rostislavoviçin bu mövzuda əla mühazirəsi var. Qoy onu öyrənsin", - Zaxarova qeyd edib.
Bundan əvvəl Zaxarova Ruttenin Medinski haqqında dediklərini "abrakadabra" adlandırmışdı.