Azərbaycan taekvondoçuları daha iki medal qazandı
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində 1 gümüş və 1 bürünc medal qazanıblar.
Federasiyadan verilən məlumata görə, böyüklər arasında çıxış edən Səlimə Quliyeva (46 kq) gümüş, Zemfira Həsənzadə isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl təmsilçilərimiz gənclər arasında 1 qızıl, 1 bürünc medal əldə etmişdilər.