ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzə Ukrayna üçün iki əvəzinə beş Patriot sistemi almağı təklif edib.
1xeber.media xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
“Cümə günü Ukraynadan yeni kadrlara baxdıqdan sonra Tramp Merzlə planlaşdırılmamış telefon danışığında iki deyil, beş Patriot sistemi satmağı təklif etdi”, – qəzet yazır.
Qeyd olunur ki, Merz bu təkliflə dərhal razılaşıb, lakin nəşrə görə, o, digər Avropa liderləri ilə yeni tədarüklərin maliyyələşdirilməsi məsələsini müzakirə etməli olacaq.
Daha əvvəl məlum olmuşdu ki, Tramp Ukraynadakı hava hücumlarının görüntülərinə baxdıqdan sonra Rusiyaya qarşı səbrini itirib. İddialara görə, Amerika lideri bu barədə kansler Merzə telefon danışığı zamanı deyib.