Yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı planlaşdırılmır.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov jurnalistlərin sualına cavab olaraq Kremlin planlarını açıqlayıb: "Yox, hələ yox. Amma bunu çox tez təşkil etmək olar".
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya ilə bağlı “vacib bəyanat” verdiyi vaxtdan bəri rusiyalı həmkarı Vladimir Putinlə heç bir əlaqəsi olmayıb.
İyulun 14-də verdiyi açıqlamada Tramp 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşmasının əldə oluna bilməyəcəyi təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faiz rüsum tətbiq edəcəyinə söz verib.