Ali Rada Ukraynanın baş naziri Denis Şmıqalı istefaya göndərib.
1xeber.media xəbər verir ki, bu barədə deputat İrina Geraşenko öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, 261 deputat Şmıqal hökumətinin istefasına səs verib. O, əlavə edib ki, qısa çıxışında istefasının səbəblərini açıqlamayıb. Deputat qeyd edib ki, onun “Avropa Həmrəyliyi” fraksiyası səsvermədə iştirak etməyib. O, hadisəni “fars” da adlandırıb, çünki hərbi vəziyyət dövründə hökuməti istefaya göndərmək qanunla qadağandır.
Qeraşenko bir qədər əvvəl Ukraynada avtoritarizmin Şmıqalın başçılığı altında qurulduğunu bildirib. O, həmçinin qeyd edib ki, ölkənin keçmiş baş naziri Ukrayna prezidentinin aparatının təzyiqləri səbəbindən istefa verib.
Bundan əvvəl Şmıqal istefanın qəbul edilməsi xahişi ilə Ukrayna Ali Radasına müraciət göndərib və bəyanatın fotosunu yerləşdirib. O, etimada görə Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkür edib.