İsrail ordusu Suriya Baş Qərargahının Dəməşqdəki kompleksinə zərbə endirib.
1xeber.media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Suriya mediası isə şəhərə endirilən zərbələr nəticəsində iki nəfərin yaralandığını vurğulayıb.
***
İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb.
Bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Hücum nəticəsində 18 nəfərin də yaralandığı bildirilib.
***
Dəməşqə endirilən zərbələr nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 28-ə yüksəlib.