Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makrondan SAMP/T hava hücumundan müdafiə sistemi üçün raketlərin verilməsini və ələ keçirən dronların istehsalının maliyyələşdirilməsini istəyib.
1xeber.media xəbər verir ki, bu barədə o, iyulun 18-də özünün Telegram kanalında yazıb.
“Biz Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini, xüsusən SAMP/T sistemləri üçün raketlərin tədarükü və ələ keçirən dronların maliyyələşdirilməsini ətraflı müzakirə etdik”, - deyə Ukrayna prezidenti yazıb.
Gazeta.Ru-nun qeyd etdiyi kimi, Zelenski bildirib ki, Fransa təlim üçün əlavə ukraynalı pilotları qəbul etməyə razılaşıb. Onlar Fransız Mirage qırıcılarından istifadə etmək üçün təlim keçəcəklər.