NATO Rusiyanı zərərli kiber fəaliyyətdə ittiham edib.
1xeber.media xəvər verir ki, bəyanatın mətni alyansın saytında dərc olunub.
Sənəddə deyilir: “Estoniya, Fransa, Böyük Britaniya və ABŞ bu yaxınlarda Rusiya hərbi kəşfiyyat xidmətini (QRU) bir sıra NATO müttəfiqlərini hədəf alan zərərli kiber fəaliyyətin mənbəyi kimi müəyyən ediblər.
NATO Rusiyanı “sabitliyi pozan hibrid əməliyyatları” dayandırmağa çağırıb və bunun müttəfiqlərinin Ukraynaya dəstəyinə təsir etməyəcəyini vurğulayıb. Sənəddə hansı kiberhücumlardan bəhs edildiyi göstərilmir.
Bundan əvvəl ABŞ Ordusunun Avropa və Afrika qüvvələrinin komandanı general Kristofer Donahyu bildirib ki, NATO-nun Kalininqrad vilayətini məhv etmək üçün hər cür imkanları var və Rusiyanın regionda müdafiə potensialını tez bir zamanda boğmağa qadirdir.