23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub: "Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".
14:23
Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə "Report"a onun oğlu Yaşar Babayev məlumat verib.
Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib: "Həkimlər əllərindən gələni edir. Bu gün təcili tibbi yardım maşını ilə Bakıya aparacağıq".