Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampla Ukrayna pilotsuz təyyarələrinin tədarükü ilə bağlı milyardlarla dollar dəyərində razılaşma əldə etdiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
ABŞ-ın Kiyevdən pilotsuz təyyarələr almağa hazır olması barədə Zelenski "Biz razılaşdıq ki, bizdən pilotsuz təyyarələr alacaqlar. Belə bir razılaşma var".
Onun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibi Rustem Umerov, Ukraynanın müdafiə naziri Denis Şmıxala və prezidentin strateji məsələlər üzrə ştatdankənar müşaviri Aleksandr Kamışinə Ukrayna pilotsuz təyyarələrinin ABŞ-a tədarükü ilə bağlı 30 milyard dollarlıq müqavilə hazırlamaq tapşırılıb.
Bundan əvvəl “The Telegraph” qəzeti Trampın vəd etdiyi “Patriot” sistemlərindən birinin Ukraynaya gəldiyini yazıb. Nəşrin məlumatına görə, bütün Avropa ölkələrinin Kiyevlə öz hava hücumundan müdafiə sistemlərini bölüşməyə hazır olmadığı vurğulanır.