Almaniya münaqişənin iki dövlətli həllinə doğru irəliləyərək yaxın gələcəkdə Fələstin Dövlətini rəsmən tanımağı planlaşdırmır.
1xeber.media xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsinin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.
"Almaniya hökuməti qısa müddətdə Fələstin dövlətini tanımağı planlaşdırmır", - kabinet nümayəndəsi qeyd edib.
O, həmçinin vurğulayıb ki, hazırda İsrailin təhlükəsizliyi Berlin üçün böyük əhəmiyyət kəsb edir.
Bundan əvvəl Fransa lideri Emmanuel Makron bildirib ki, Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq. O qeyd edib ki, hazırda Qəzzada müharibənin dayandırılması və mülki əhaliyə lazımi dəstəyin göstərilməsi son dərəcə vacibdir.