Avropa İttifaqı (Aİ) orqanları növbəti büdcə dövrü ərzində Ukraynanın ehtiyacları üçün 360-370 milyard avro ayıracaq.
1xeber.media xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kossuth Radiosunda məlumat verib.
"Bu, Macarıstanın hər il pensiya ödənişlərinə xərclədiyi məbləğdən 18 dəfə çoxdur və bu dəstəyin bir hissəsi Macarıstanın töhfələri hesabına olacaq", - Macarıstan hökumətinin başçısı bildirib.