Son illərdə paytaxtın nəqliyyat infrastrukturunda aparılan sistemli və mərhələli islahatlar, ictimai nəqliyyatın təhlükəsizlik, rahatlıq və ekoloji dayanıqlılıq baxımından inkişafını stimullaşdırıb.
1xeber.media xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ictimai nəqliyyata əlçatanlıq və xidmət keyfiyyəti artıb, sərnişinlərin ictimai nəqliyyata olan etimadı güclənib.
Belə ki, cari ilin birinci yarımili ərzində “BakuBus” MMC tərəfindən 94,1 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% artım deməkdir.
Eyni zamanda, şəhərətrafı marşrut xətləri üzrə də sərnişin sayında nəzərəçarpacaq artım müşahidə olunub. 2024-cü ilin ilk altı ayında 18,1 milyon nəfər daşındığı halda, bu rəqəm 63 % artaraq 2025-ci ilin eyni dövründə 29,5 milyon nəfərə yüksəlib.