Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın Çində mümkün görüşünə hazırlıqlar davam etmir, çünki təmaslarla bağlı razılıq əldə olunmayıb.
1xeber.media xəbər verir ki, bunu iyulun 28-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
"Bu görüşə konkret hazırlıq görülmür, çünki razılaşdırılmış təmaslar yoxdur. Yeganə odur ki, bəli, Putin özü belə bir səfərə hazırlaşdığını bildirib", - Peskov brifinqdə deyib.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, əgər Tramp Putinlə eyni tarixlərdə Çinə səfər etməyi qərara alırsa, o zaman belə bir görüşü istisna etmək olmaz. Lakin bu məsələ ilə bağlı konkret addımlar atılmır.