Tailand və Kamboca sərhəddə vəziyyətin gərginləşməsi fonunda atəşkəs rejiminin yaradılması ilə bağlı razılığa gəliblər.
1xeber.media xəbər verir ki, bu barədə Malayziyanın baş naziri Ənvər İbrahim bildirib.
"Hər iki ölkə dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşıb", - siyasətçi bildirib.
Bundan əvvəl məlumat verilmişdi ki, Tailand və Kamboca nümayəndələri arasında Malayziyanın Putracaya şəhərində sərhəddə atəşkəs rejiminin yaradılması məsələsi üzrə danışıqlar başlayıb.