ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət razılaşması aprel ayında ABŞ prezidenti Donald Trampın təklif etdiyi tariflərin yarısına çatmağa müvəffəq olub, lakin “sevinəcək bir şey yoxdur”.
1xeber.media xəbər verir ki, Polşanın Baş naziri Donald Tuskun Vaşinqton və Brüssel arasındakı razılaşmanı təsvir etmək üçün işlətdiyi sözlərdir.
Hökumət rəsmisinin sözlərinə görə, yeni saziş ABŞ-ın xeyrinə olsa da, razılaşmanın hər iki tərəfi üçün itkilər əhəmiyyətli olacaq.
"Amerikanın Avropa mallarına tətbiq etdiyi tariflər reallığa çevrilib. Bunlar prezident Trampın apreldə təklif etdiyi tariflərin yarısıdır, lakin sevinəcək heç nə yoxdur. İlkin hesablamalara görə, Polşa təxminən 8 milyard zloti itirə bilər. Atlantik okeanının hər iki tərəfi üçün itkilər əhəmiyyətli olacaq, lakin sərt razılaşma müttəfiqlər arasında mənasız ticarət müharibəsindən daha yaxşıdır", - siyasətçi etiraf edib.
İyulun 27-də Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ticarət sazişi haqqında razılığa gəliblər. Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji almağı və Amerika iqtisadiyyatına daha 600 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Bunun müqabilində Vaşinqton idxal tariflərini 30 faiz əvəzinə 15 faizlə məhdudlaşdıracağına söz verib.