Rusiya prezidenti Vladimir Putin Denis Qonçarı Rusiyanın Belçikadakı səfiri təyin edib.
1xeber.media xəbər verir ki, müvafiq fərman iyulun 29-da hüquqi informasiyanın rəsmi internet portalında yerləşdirilib.
“Denis Vladimiroviç Qonçar Rusiya Federasiyasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sənədin mətnində deyilir.