ABŞ-ın Florida ştatında tək mühərrikli təyyarə avtomobilin damını kəsərək yerli parka çırpılıb, nəticədə 7 nəfər xəsarət alıb.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 29-da ABC News məlumat yayıb.
Qeyd olunur ki, təyyarə havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.
Telekanalın məlumatına görə, təyyarədə iki nəfər olub. Eyni zamanda avtomobildə bir böyük və dörd uşaq hərəkət edirdi. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb.